Təhsil naziri yüksək nəticə göstərən idmançılarla görüşüb
07 noyabr 2019 16:21 (UTC +04:00)

Təhsil naziri yüksək nəticə göstərən idmançılarla görüşüb

Təhsil naziri Ceyhun Bayramov Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında, eləcə də Çilinin paytaxtı Santyaqo şəhərində keçirilən karate üzrə yeniyetmə, gənclərin XI Dünya çempionatında uğurlu nəticə göstərən idmançılar və onların məşqçiləri ilə görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, C.Bayramov şahmat üzrə Avropa çempionatında Ermənistan yığmasını məğlub edərək Azərbaycana bürünc medal qazandıran qadınlardan ibarət milli yığmanın üzvləri Günay Məmmədzadə, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Türkan Məmmədyarovanı, karate üzrə dünya çempionatının gümüş medalçısı Hüseyn Məmmədli və bürünc medalçısı Hüseyn Hüseynzadəni təbrik edib.

Görüşdə qalib idmançılara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim edilib.

Sonda xatirə şəkli çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar