Koronavirus xəstələri ilə işləyən həkimlər nədən əziyyət çəkir? - ARAŞDIRMA
27 mart 2020 13:20 (UTC +04:00)

Koronavirus xəstələri ilə işləyən həkimlər nədən əziyyət çəkir? - ARAŞDIRMA

 

 

COVID-19-la mübarizədə xəstələrlə birbaşa təmasda olan həkimlər, tibb bacıları və digər tibb işçiləri ciddi stress və yüksək psixoloji yüklənmə ilə üzləşir. Lent.az xarici mediaya istinadla bildirir ki, yeni tədqiqat zamanı infeksiyanın yayılmasının pik vaxtında Çinin tibb işlilərinin psixoloji vəziyyətini qiymətləndirməklə bu qənaətə gəlinib.

 

Tədqiqat müəllifləri yanvarın sonunda və fevralın əvvəlində Çinin 34 xəstəxanasında çalışan 1256 həkim və tibb bacısının psixoloji əlamətləri ilə bağlı araşdırma aparıblar. Tədqiqat iştirakçılarının 60,5 faizi xəstəliyin episentri hesab edilən Uhan şəhərində işləyiblər.

 

Tibb işçilərinin qarşılaşdığı daha geniş yayılan problem psixoloji stress olub: respondentlərin 71,5 faizi stress keçirib. Digər problem depressiya (50,4 faiz), narahatlıq (44,6 faiz) və yuxusuzluq (34 faiz) olub.

 

Maraqlıdır ki, psixoloji problemlə infeksiyaya yoluxanlarla birbaşa təmas saxlayan və daha çox Uhandan olan tibb bacıları, digər qadın tibb işçiləri üzləşiblər. Alimlərin fikrincə, bu qrupdan olan tibb işçilərinə psixoloji sağlamlıqlarının müdafiəsi üçün əlavə yardım tələb olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993
avatar

Oxşar yazılar