Bu il dəm qazından zəhərlənənlərin sayı açıqlandı
27 noyabr 2019 13:10 (UTC +04:00)

Bu il dəm qazından zəhərlənənlərin sayı açıqlandı

 

“İlin əvvəlindən bu günə kimi dəm qazından zəhərlənmə ilə bağlı 152 nəfər qəbul olunub”. 

Bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. Onun sözlərinə görə, qazdan zəhərlənənlərin 80%-ni kişi, 20%-ni qadınlar təşkil edir: "Onlar arasında 16 nəfər azyaşlı olub. Zəhərlənənlər arasında ölüm halı qeydə alınmayıb”. 

A.Maqsudov həmçinin qeyd edib ki, noyabrda 18 nəfər dərmandan zəhərlənib və ölüm hadisəsi olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759
avatar

Oxşar yazılar