Beynəlxalq təşkilat Azərbaycanı NÜMUNƏ GÖSTƏRDİ
21 may 2020 14:29 (UTC +04:00)

Beynəlxalq təşkilat Azərbaycanı NÜMUNƏ GÖSTƏRDİ


Mayın 20-də Qoşulmama Hərəkatının (QH) COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun səhiyyə nazirlərinin video-konfrans formatında görüşü keçirilib.

APA-nın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüş Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında video-konfransının davamı olaraq təşkil edilib.

Bildirilib ki, “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü zamanı ölkə başçısı Təmas Qrupu formatında müzakirələrin səmərəli mexanizm olduğunu vurğulayaraq, Qrupun tematik alt işçi qruplarının təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Təklifə öz dəstəyini ifadə etmiş Qoşulmama Hərəkatı üzvlərinin bəziləri səhiyyə nazirlərinin görüşünün keçirilməsi təklifini irəli sürüb.

Səhiyyə nazirlərinin görüşünü açılış nitqi ilə açan Azərbaycan Respublikasının Səhiyyə Naziri ölkəmizin bu günə qədər 17 ölkəyə və 3 beynəlxalq təşkilata yardım etməsini vurğulayaraq, ehtiyacı olan ölkələrə göndərilən 100 tonlarla humanitar yardımımızın çoxlu sayda insanın həyatını xilas etməsini qeyd edib.

Çıxışda Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı mütəşəkkil mübarizə tədbirlərinə dair tövsiyələri, qazanılan müsbət təcrübədən istifadə, Hərəkatın üzv ölkələrinin humanitar ehtiyaclarının qarşılanması üzrə birgə səylərin göstərilməsi, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə qəbul edilmiş Bəyannamənin əhəmiyyəti vurğulanıb.

Konfransa qonaq qismində dəvət edilmiş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Dr. Hans Klüqe çıxış edərək, Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizənin nümunəvi olduğunu bildirib və ölkəmizin dünya ictimaiyyətinə göstərdiyi maliyyə və texniki yardımı yüksək qiymətləndirib. O, həmçinin ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına göstərilən maliyyə dəstəyini yüksək qiymətləndirib.

Görüşdə Qoşulmama Hərəkatının 25 üzv ölkəsi nazir, nazir müavini və digər yüksək səviyyələrdə təmsil olunub.

İştirak etmiş dövlət nümayəndələri Qoşulmama Hərəkatının Təmas Qrupunun yaradılması və onun tematik görüşlərinin keçirilməsi təşəbbüsünə görə Azərbaycanın dövlət rəhbərliyinə öz təşəkkürlərini bildirib və Azərbaycan Respublikası Prezidentinin COVID-19 pandemiyasının yayıldığı səhiyyə böhranı şəraitində çoxtərəfliliyin təşviqi və pandemiya ilə mübarizədə beynəlxalq səylərə göstərdiyi dəstəyi və qlobal liderlik rolunu yüksək qiymətləndiriblər.

İştirak edən dövlətlər, həmçinin 4 mayda keçirilmiş Zirvə Görüşünün nəticələrinə əsasən təsis edilmiş QH üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanmasına məsul İşçi Qrupunun fəaliyyətinə də öz dəstəklərini ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3280
avatar

Oxşar yazılar