Azərbaycanda Günəşin fəallığı azalıb
28 noyabr 2019 12:40 (UTC +04:00)

Azərbaycanda Günəşin fəallığı azalıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) kosmik hava durumunu açıqlayıb.

İnstitutdan Lent.az-a verilən məlumata görə, proqnoz dövründə Günəş  fəallığı  çox  aşağı  səviyyədə  olub.  Günəş  diski  ləkəsizdir.  Koronoqraf  görüntülərində  Yerə  doğru  yönələn  digər  CME  (Coronal  Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 2-6 nT intervalında dəyişib, Bz komponenti üçün isə -4 nT qədər cənuba doğru kənaraçıxma müşahidə olunub. Günəş küləyinin sürəti 400 km/san-dək olub.  Phi bucağı əsasən müsbət sektorda, qısa fasilələrlə isə mənfi sektorda qərarlaşıb.  

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).

Kosmik hava proqnozu – Proqnoz dövründə (28 - 30 noyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə  nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə  fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə Günəş küləyi parametrlərinin normal rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Geomaqnit sahədə ümumən sakitlik (Kp=1, 2) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945
avatar

Aygün İbrahimli

Oxşar yazılar