Böyük Britaniya sakini güclü susuzluq şikayətlərindən sonra ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki. 37 yaşlı Smite Patilin oktyabrın 15-də gecə halı pisləşib. Bundan əvvəl bütün axşam əsrarəngiz bir susuzluqdan və boğazının qurumasından şikayətlənib. Qadının səhhəti pisləşməyə başlayanda xəstəxanaya getməyə qərar verib. Bu vaxt Patilin əri uşaqları ailə dostlarına aparıb.
Xəstəxanada qadın daha da pisləşib: o, gözləmə otağında yıxılıb, bundan sonra o, huşunu itirib.
Britaniyalı əri xəstəxanaya çatmazdan əvvəl dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil. Patilin 6 və 2 yaşlı iki uşağı qalıb.