20 sm qar yağıb - FAKTİKİ HAVA
10 aprel 2024 09:56 (UTC +04:00)

20 sm qar yağıb - FAKTİKİ HAVA

Aprelin 10-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 20 sm olub.

Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 11 mm, Şahbuzda 7 mm, Ordubad, Sədərəkdə 5 mm, Culfada 2 mm, Yevlax, Göygöl və Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək, Naxçıvan MR-da 19 dərəcəyədək, Aran rayonlarında 18-22 dərəcəyədək, dağlıq rayonlarda 13-16 dərəcə isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5064
avatar

Oxşar yazılar