RAMAZANIN 14-CÜ GÜNÜNÜN DUASI, İMSAQ VƏ İFTAR VAXTI
13 avqust 2011 21:10 (UTC +04:00)

RAMAZANIN 14-CÜ GÜNÜNÜN DUASI, İMSAQ VƏ İFTAR VAXTI

Lent.az Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimə əsasən bildirir ki, Ramazan ayının on dördüncü günündə oruc tutanlar üçün imsaq vaxtı 05:32-dir. Sübh əzanı oxunmazdan 15-20 dəqiqə əvvəl yemək-içməyə son qoyulması məsləhət görülür. İftar vaxtı isə axşam saat 20:55-dir.

Ramazan ayının on dördüncü gününün duası isə belədir: “İlahi, Öz İzzətin xatirinə bu ayda səhvlərimi mənə ayıb tutma, məni bu ayda səhvlərdən və büdrəmələrdən qoru, bəla və dərdlərə düçar etmə, and verirəm izzətinə ey müsəlmanların İzzəti (Allah)!”.

Qeyd edək ki, Azərbaycanın bölgələrində imsaq və iftar vaxtı Bakı vaxtından bir neçə dəqiqə fərqlənir. Lent.az bu dəqiqə fərqlərini də oxucularına təqdim edir:

Ağdam +11 (Bakı vaxtından 11 dəqiqə sonra)

Ağdaş +10

Ağsu +5

Ağcabədi +10

Ağstafa +18

Astara +4

Babək +18

Balakən +5

Beyləqan +10

Bərdə +11

Cəlilabad +6

Cəbrayıl +12

Culfa +18

Daşkəsən +15

Şabran +4

Şirvan +4

Füzuli +11

Göyçay +8

Gəncə +14

Gədəbəy +16

Goranboy +12

Horadiz +10

Göygöl +14

Xaçmaz +4

İsmayıllı +6

İmişli +7

Kəlbəcər +15

Kürdəmir +6

Qax +11

Qazax +19

Qazıməmməd +4

Qəbələ +8

Quba +5

Qusar +4

Qubadlı +13

Laçın +14

Lənkəran +5

Lerik +7

Masallı +5

Mərəzə +3

Mingəçevir +11

Marneuli (Tİflis) +20

Naxçıvan +18

Neftçala +3

Oğuz +11

Ordubad +16

Saatlı +6

Sabirabad +6

Salyan +4

Siyəzən +3

Sumqayıt +1

Şamaxı +6

Şahbuz +18

Şəki +12

Şəmkir +15

Şərur +18

Şuşa +13

Tərtər +12

Tovuz +16

Yardımlı +8

Yevlax +11

Ucar +8

Zaqatala +15

Zəngilan +13

Zərdab +9
# 1315

Oxşar yazılar