Qarabağ qaziləri yeni təşkilat yaradıblar
Bu barədə Lent.az-a yeni yaranan qurumun sədri Firudin Məmmədov məlumat verib. Onun sözlərinə görə, yeni yaradılan qurumun təsis sənədləri artıq mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilib.
F.Məmmədov yeni yaradılan qurumun Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən veteranların, şəhid olmuş şəxslərin ailə üzvlərinin və Qarabağ qazilərinin problemlərinin həlli ilə məşğul olacağını deyib. O, artıq təşkilatın sırasına Qarabağ savaşından keçmiş onlarla insanın qoşulduğunu deyib. F.Məmmədov “Vətən Müharibəsi Əlilləri” birliyi dövlət qurumları, Azərbaycanın maraqlarını müdafiə edən, onu dəstəkləyən bütün təşkilatlarla yaxından əməkdaşlıq edəcəyini deyib: “Vətən Müharibəsi Əlilləri” ictimai birliyi dövlət qurumları, Azərbaycanın maraqlarını müdafiə edən, onu dəstəkləyən bütün təşkilatlarla yaxından əməkdaşlıq edəcək. Biz Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyirik. Fəaliyyətimizi dövlətimizin apardığı siyasət, dövlətçiliyimizin qorunub saxlanması, xüsusi ilə də Dağlıq Qarabağ Probleminin həlli istiqamətində ölkə rəhbərliyinin apardığı işlərə uyğun quracağıq. Əlbəttə əsas məqsədimiz torpaqlarımızın müdafiəsi zamanı əlil və şikəst olmuş insanların, şəhid ailələrinin və veteranların hüquqlarının müdafiəsi olacaqdır”.
Xatırladaq ki, F.Məmmədov hazırda fəaliyyət göstərən “Qarabağ qaziləri” İctimai Birliyinin idarə heyətinin də üzvüdür.

Oxşar yazılar

Tələbələrin köçürülməsi bu tarixdən başlayır
9 iyul 2025 , 17:03
"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55
Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11
Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17