Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və həmin ixtisas qrupu üzrə müəyyən edilmiş müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 70-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.
Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər.
Müsabiqədə iştirak etmək istəyənlər 2011-ci il iyulun 8-dən avqustun 2-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küç. 17).
Müsabiqədə iştirak üçün namizədliyi qeydə alınmış şəxslərlə 2011-ci il avqustun 3-də TQDK-da təşkil olunacaq müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı onların ingilis dili üzrə bilikləri yoxlanacaqdır. Bu mərhələni müvəffəqiyyətlə keçənlər isə təyin olunacaq vaxtda Litvanın Azərbaycan Respublikasındakı səfirliyində ingilis dili üzrə əlavə test imtahanı verəcəklər.
Müsabiqədə müvəffəqiyyət qazananların Litvada təhsil alması dövlət hesabına maliyyələşdirilir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir. Aşağıdakı cədvəldə qəbul aparılan təhsil müəssisələrinin və ixtisaslarının siyahısı təqdim olunur.
Ali təhsil müəssisəsi | Qəbul ediləcək tələbələrin sayı | Təhsil | Təhsil proqramının dili | Təhsil proqramının adı | Ixtisas qrupu (bakalavr proqramı) | Tələbələr üçün əlavə tələblər |
Vilnus Kolleci | 2 | professionalbakalavr dərəcəsi | İngilis | Proqram təminatı mühəndisliyi | I |
|
2 | professionalbakalavr dərəcəsi | İngilis | Beynəlxalq biznes (bu proqram 2011-ci il iyun ayına qədər təhsil proqramı siyahısına əlavə edilməsə, abituriyentlər Biznes Menecmenti proqramına qəbul ediləcəklər) | II |
| |
Hüquq və Biznes Beynəlxalq məktəbi | 2 | professionalbakalavr dərəcəsi | İngilis | Turizm və otel idarəçiliyi | II |
|
İSM Menecment və İqtisadiyyat Universiteti (ISM University of Management and Economics) | 2 | bakalavr dərəcəsi | İngilis | Beynəlxalq Biznes və Kommunikasiya | II |
|
İqtisadiyyat və Siyasət | II | |||||
Vilnus Gediminas Texniki Universiteti | 2 | bakalavr dərəcəsi | İngilis | Memarlıq | I | Abituriyentlər qəbul imtahanı verməlidirlər (qəbul testləri ilə bağlı abituriyentlər Beynəlxalq Təhsil Mərkəzinə (International Study Center) müraciət etməlidirlər) |
İnformasiya Sistemləri Mühəndisliyi | I |
| ||||
Mühəndis İnformatikası | I | |||||
Mexanika Mühəndisliyi | I | |||||
Tikililərin energetikası | I | |||||
İnşaat mühəndisliyi | I | |||||
Nəqliyyat mühəndisliyinin iqtisadiyyatı və menecmenti | II | |||||
Biznes menecmenti | II | |||||
Litva Kənd Təsərrüfatı Universiteti | 2 | bakalavr dərəcəsi | İngilis | Tətbiqi ekologiya | IV |
|
2 | bakalavr dərəcəsi | İngilis | Hidravlika mühəndisliyi | I | ||
Litva Səhiyyə Elmləri Universiteti | 2 | Birləşmiş təhsil (birinci və ikinci təhsil dövrlərini əhatə edir) | İngilis | Tibb | IV |
|
Odontologiya (Dişlərin müalicəsi) | IV | |||||
Əczaçılıq | IV | |||||
Baytarlıq | IV | |||||
Vilnus Universiteti | 1 | magistr dərəcəsi | İngilis | Beynəlxalq Biznesin İqtisadiyyatı və Menecmenti | 26,56 |
|
İngilis | Beynəlxalq Turizm Menecmenti | 22,26,56 | ||||
İngilis | İqtisadi Analiz və Planlaşdırma | 26 | ||||
İngilis və ya Rus | Beynəlxalq və Avropa Birliyi Hüququ | 49 | ||||
İngilis | Şərqi və Mərkəzi Avropa Elmləri | 47 | ||||
İngilis | İngilisşünaslıq | 40,47 | ||||
Rus | Rus dilşünaslığı | 39 | ||||
Vilnus Gediminas Texniki Universiteti | 2 | magistr dərəcəsi | İngilis | Ətraf Mühitin Menecmenti və Təmiz İstehsalat | 19,26,57 |
|
Elektrik Energetika Sistemləri Mühəndisliyi | 3 | |||||
Sənaye Mühəndisliyi və İnnovasiya Menecmenti | 26,56 | |||||
Biznes Menecmenti | 26,56 | |||||
Vytautas Magnus Universiteti | 4 | magistr dərəcəsi | İngilis | Tətbiqi İngilis dili Linqvistikası | 40 |
|
Baltic regionu elmləri | 47 | |||||
Şərqi Asiya Regionu Elmləri | 47 | |||||
Sosial və Siyasi Tədqiqatlar | 42 | |||||
Jurnalistika | 44 | |||||
Sosial Antropologiya | 46 | |||||
Sosial iş | 42,48 |