(R) Bayraqdarın ad günü
Bayraqdar, bu məfkurəni əks etdirən bayrağı daşıyır. Nə qədər ki, bu bayraq bayraqdarın əlindədir, məfkurənin ardıcılları ona uyğun olaraq, özlərini nizamlayır, ruhdan düşmürlər.
Bayraqdar öz ələmini qaldıranda, cəngavərlər bu bayrağın ardınca irəli gedir, düşmənə həmlə edirlər. Bayraqdar nəzarət edir ki, əlindəki ələm aşağı enməsin. O, diqqət edir ki, əlindəki bayraq əzəmət və vüqarla dalğalansın, dalğalandıqca da düşmənlərin ürəyində qorxu və xof, məsləkdaşların qəlbində isə inam və ümid bərqərar etsin.
Düşmən ilk olaraq bayraqdarı hədəfləyir. Çünki, ümid edir ki, bayraqdarı vursa, digərləri onun əlindən düşən bayrağı qaldırmağa cürət etməzlər, qorxarlar. Bayraq qalxmazsa, döyüşçülər ruhdan düşər, düşmən hədəfinə çatar. Və o zaman ki, cəsur bir şəxs həlak olmuş bayraqdarın əlindən düşən bayrağı qaldırır, düşmən onu da vurmağa çalışır – niyyəti odur ki, heç kəs qəhrəmanlıq nümunəsi göstərməsin. Amma əgər bayraq yerdə qalmırsa, yeni-yeni igidlər onu yerə düşməyə qoymayaraq, qaldırırsa – bu cəm məğlubiyyət görməz. Bayraqdarın ardınca, mərdlik və cəsarət dolu qəlblərindən axıb gələn əzmkarlıqla düşmənin üstünə yeriyən səf-səf ərənlər gəlir. Və düşmən bu əzmin, bu təpərin önündə çökür, geri çəkilir, onun sıraları pozulur. Nəhayətdə, düşmən qaçmağa üz tutur. Bayraqdarın ardınca gələnlər, qələbə bayrağını düşmən istehkamlarına sancır.
Çox olub bəşər tarixində bayraqdarlar. Bəzilərinin adını tarix saxlayıb, nəsildən-nəslə ötürüb. Xalqlar onları fəxr və qürurla yad edirlər, onların adını tutub, irəliyə gedirlər. Amma bir Bayraqdar da var ki, onu yüzmilyonlar tanıyır. O, öz qanı ilə adını bəşərin igidlik salnaməsinə elə həkk edib ki, min ildən artıqdır insanlar yaddaşları, qəlbləri, dilləri ilə onu yad edirlər. Onu unutmaq qeyri-mümkündür. Hamı onunla fəxr edir, ona oxşamağa çalışır, onun xatirəsini qəlbində daşıyır. Əbülfəzl Abbas ağadır bu bayraqdarın adı. Həzrət Abbas kimi tanıyır hər kəs onu. O, İmam Hüseynimizin bayraqdarı idi. 1400 il bundan öncə Kərbəla adlı bir məkanda, Aşura günündə Əbülfəzl Abbas ağa elə bir qəhrəmanlıq və fədakarlıq nümunəsi qoymuşdur ki, öz adını əbədi olaraq bəşəriyyətin rəşadət, igidlik, yenilməzlik tarixi kitabına yazmışdır.
Şaban ayının 4-də (bu il üçün iyunun 6-sı) Əbülfəzl Abbas ağanın anadan olduğu gündür. Xalqımız onu Ələmdar kimi tanıyır. “Ələmdar” ərəbcə “bayraqdar” deməkdir, amma “ələmdar” sözü dilimizə elə doğma və əziz olaraq daxil olub ki, kimsəyə bunun mənasını izah etməyə ehtiyac yoxdur. Demək olar ki, hər bir azərbaycanlı, körpə yaşlarından Ələmdar barədə eşidib, onun qəhrəmanlığı və şücaəti ilə fəxr edib.
Bu gün Azərbaycanın Mübariz İbrahimov kimi oğulları dilində Ələmdarın adı, qəlbində Vətən eşqi ilə düşmənin üzərinə gedirlər. Biz bilirik, biz inanırıq ki, yaxın zamanlarda Vətənimizin Ələmdardan ibrət götürən minlərlə oğlu, dövlətimizin şanlı bayrağını Şuşaya və Xankəndiyə sancacaqlar!
Bu, inşaallah, mütləq olacaq!

658