“Heydər Əliyev və Gənclər siyasəti: perspektivlər, reallıqlar” adlı konfrans keçirilib - FOTO
Naxçıvan Dövlət Universitetinin “Sosial idarəetmə və hüquq” fakültəsinin hüquqşünaslıq ixtisası üzrə II-ci kurs (ikinci ali təhsil) tələbələri Universitet rəhbərliyi ilə birlikdə “Heydər Əliyev və Gənclər siyasəti: perspektivlər, reallıqlar” mövzusunda elmi praktik konfrans keçirib. Lent.az-ın məlumatına görə, bir qrup konfrans iştirakçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra Heydər Əliyevin xatirə muzeyində olublar. Konfrans öz işini NDU-nun Heydər Əliyev lektoriyasında davam etdirib. Konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü akademik İsa Həbibəyli açaraq Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan, gənclərlə iş üzrə aparılan dövlət siyasətinin əhəmiyyətindən, onların hərtərəfli inkişafı üçün yaradılan imkan və şəraitdən danışıb. Daha sonra rektor ölkədə demokratikləşmənin dərinləşməsi, hüquqi dövlətin formalaşması və müstəqil dövlətçilik bünövrəsinin möhkəmlənməsi sahəsində görülən işləri vurğulayaraq Heydər Əliyevin dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha vərəqləyib.
NDU-nun təlim-tərbiyə işləri üzrə prorektoru Məmməd Rzayevin, “sosial idarəetmə və hüquq” fakültəsinin qrup nümayəndəsi İntizar Məmmədovanın, NDU-YAP Gənclər Təşkilatının sədri Elçin Əliyevin məruzələri dinlənilib. Məruzəçilər Azərbaycanda gənclərə olan diqqəti xüsusi vurğulayıb və bu gün bu sahənin inkişaf etdirilməsində mühüm addımlar atıldığını bildiriblər. Azərbaycan gənclərinin dünyada müstəqil dövlətimizi layiqincə təmsil etdiklərini vurğulayıblar. Qeyd olunub ki, dövlət siyasətimizdə gənclərlə iş prioritet istiqamətlərdən biridir. Ölkəmizdə gənclər siyasəti Heydər Əliyev tərəfindən müəyyənləşdirilib bu gün Azərbaycan gəncliyi ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də, dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir. Hər bir Azərbaycan vətəndaşı tutduğu vəzifədən və sosial statusdan asılı olmayaraq əsası Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsinə çalışmalıdır. Respublikamızın ictimai-siyasi həyatında layiqli yer tutan gənclərimiz isə dövlət başçısının ətrafında sıx birləşərək bu sarsılmaz birliyin əbədi olmasına xidmət etməlidirlər.
Konfrans iştirakçılarına sonda Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün anları” videofilimi təqdim olunub.

1823