“Azərsu” işçi axtarır
“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutu iş həcminin artması ilə əlaqədar konstruktor, konstruktor-hidrogeoloq, elektrik, smetaçı, topoqraf-geodeziyaçı, geoloq ixtisasları üzrə işçi qəbulu elan edir.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, iddiaçı namizədlərdən kompüter bilikləri, xüsusən də “AutoCAD”, “SMETA plyus” proqramlarında sərbəst işləyə bilmək və müasir topogeodeziya avadanlıqlarından istifadə etmək bacarıqları tələb olunur.
Maraqlananlar şəxsi məlumatlarını (CV) “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müsabiqəyə bu sahədə ən azı 5 il iş stajına malik şəxslər buraxılır.

891