Məleykə Abbaszadə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ilə görüşüb
TQDK-dan Lent.az-a verilən məlumata görə, görüşdə TQDK sədrinin müavini Namiq Babayev və şöbə müdiri Çingiz Xəlilov da iştirak ediblər.
Ölkəmizdə 2008-ci ildən fəaliyyət göstərdiyini yada salan H.Koyuncuoğlu işlədiyi dövr ərzində TQDK ilə sıx əməkdaşlıq etdiyini, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı qarşılıqlı inam və etibara əsaslanan əlaqələrin faydalı olduğunu diqqətə çatdırıb.
TQDK sədri M.Abbaszadə bu illər ərzində TQDK ilə təhsil müşavirliyi arasında görülən mühüm işlərdən bəhs edib. M.Abbaszadə bildirib ki, Azərbaycan-Türkiyə əlaqələrinin başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməsi sevindirici haldır və H. Koyuncuoğlunun fəaliyyəti dövründə bu istiqamətdə ciddi işlər aparılıb.
M.Abbaszadə Halis Koyuncuoğluna gələcək fəaliyyətində də uğurlar arzulayıb və TQDK adından qonağa xatirə hədiyyəsi təqdim edib.

1002