Respublika Çağırış Komissiyasının tərkibi təsdiqləndi
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti iyulun 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etmək tapşırılıb. Eyni zamanda Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasına Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” qanununun tələblərinə uyğun olaraq həyata keçirmək tapşırılıb.
Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görməlidirlər.
Respublika Çağırış Komissiyasının tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
R.Məmmədov -Azərbaycan Respublikası hərbi komissarının müavini
Komissiya sədrinin müavini
M.Abbasquliyev - Dövlət Sərhəd Xidməti rəisinin müavini
Komissiyanın üzvləri:
O.Zalov - daxili işlər nazirinin müavini
A.Vəlibəyov - səhiyyə nazirinin müavini
T.Musayev - ədliyyə nazirinin müavini
A.Dadaşov - AHİK sədrinin müavini (razılaşdırılıb)
S.Novruzov - Milli Məclisin deputatı (razılaşdırılıb)

508