“Azərsu” xəbərdarlıq etdi
01 iyul 2011 18:37 (UTC +04:00)

“Azərsu” xəbərdarlıq etdi

0
Qaradağ rayonunun Sahil qəsəbəsi və Səbael rayonunun “20-ci sahə” yaşayış massivində əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün Kür magistral kəmərindən yeni xətlər çəkilir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, yeni xətlərin kəmərə birləşdirilməsi işləri ilə əlaqədar iyulun 1-i axşam saatlarından Kürdən Bakıya su ötürən 3 magistral xəttin biri ilə su verilişi müvəqqəti dayandırılacaq.

“Azərsu” ASC istehlakşıların nəzərinə çatdırır ki, xətlərin qoşulması ilə əlaqədar iyulun 1-i və 2-də Hacıqabul rayonunun yaşayış məntəqələrinin, Səngəçal, Sahil, və Xocasən qəsəbələrinin bir hissəsinin içməli su təminatında məhdudiyyətlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar