Bakıda insan orqanizmi üçün təhlükəli dondurma istehsal edilib
01 iyul 2011 18:16 (UTC +04:00)

Bakıda insan orqanizmi üçün təhlükəli dondurma istehsal edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakıda “RAH-96” və “Qranit” firmasına məxsus istehsalat sahələrində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan götürülən nümunələrin laborator müayinəsinin nəticəsi məlum olub. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, laborator müayinələr nəticəsində “RAH-96” müəssisədə istehsal edilən vanilli və qəhvəli plombir dondurmalarda yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, südlü dondurmalarda turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, fıstıqlı və şokoladlı plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun və quru maddənin kütlə payının normadan az, plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun və quru maddənin kütlə payının normadan az olduğu və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu aşkarlanıb.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 753,03 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “RAH-96” firmasına icrası məcburi göstəriş verilib.

Laborator müayinələr nəticəsində Qranit” müəssisəsində istehsal edilən “Karnaval” eskimo plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, “Classik” eskimo plombir dondurmalarında turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və “S.aureus” bakteriyalarının olduğu, ‘Ailəvi” plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun və quru maddənin kütlə payının normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və “S.aureus” bakteriyaları olduğu, “Eleqant” plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) olduğu, “Bosman” plombir dondurmasında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox olduğu və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyaları olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 2103,44 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Qranit” firmasına icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816

Oxşar yazılar