Polis Akademiyasından 267 nəfər məzun olub
Lent.az-ın məlumatına görə, nazir müavinlərinin, aidiyyəti xidmət rəislərinin, Olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının və məzunların valideynlərinin də iştirak etdiyi tədbirdə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib.
Nazir Usubov Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini tədris ilinin buraxılışı münasibətilə təbrik edib. Polis Akademiyasının rəisi Nazim Əliyev təhsil ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı çıxış edib.
O, akademiya yarandığı gündən onun əsaslı maddi-texniki bazasının təşkilinə, peşəkar elmi kadrlarla təmin olunmasına, tədris proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına, kafedrada fənn otaqlarının təşkilinə xüsusi fikir verildiyini bildirib.
Bildirilib ki, 2010-2011-ci tədris ilində Polis Akademiyasını əyani fakültə üzrə 124, qiyabi fakültə üzrə 143, ümumilikdə, 267 məzun bitirir.
Tədris ilinin buraxılışı münasibətilə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını mərasim iştirakçılarına çatdıran general-polkovnik Ramil Usubov Azərbaycan Polisinin şərəfli bir yol keçdiyini, müxtəlif mərhələlərdə hansı adla fəaliyyət göstərməsindən asılı olmayaraq, vətənə, xalqa və anda sədaqətlə və ləyaqətlə xidmət etdiyini, polis orqanlarının zamanın bütün sınaqlarından mətinliklə çıxdığını, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini vurğulayıb.

518