Kürün suyu sürətlə azalır
01 iyul 2011 15:11 (UTC +04:00)

Kürün suyu sürətlə azalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyun ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının II ongünlüyünə nisbətən 94 m3/san azalaraq 365 m3/san təşkil edib.

Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, Ağstafaçayda mis birləşmələri 3, fenollar 4, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib. İyun ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayının Horadiz məntəqəsində fenollar 4, mis birləşmələri 3, I Şahsevəndə mis birləşmələri 4, fenollar 3, Bəhrəmtəpədə fenollar 2, mis birləşmələri isə 4 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,43-7,69 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar