Məcburi köçkün qəsəbələrinin su təchizatı yenidən qurulur - FOTO
01 iyul 2011 14:40 (UTC +04:00)

Məcburi köçkün qəsəbələrinin su təchizatı yenidən qurulur - FOTO

“Azərsu” ASC Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq, 6 qəsəbədə yaşayan məcburi köçkünlərin içməli su ilə təminatının əsaslı şəkildə yaxşılaşdırılması üçün onların hər birində su anbarı, nasosxana inşa olunacaq, metal borulardan çəkilmiş su xətləri polietilen borularla əvəzlənəcək.


Hər birinin tutumu 1000 kub metr olan 7 su anbarının tikintisi nəzərdə tutulur. Artıq 1-ci qəsəbədə 2 su anbarının və nasosxana binasının inşası yekunlaşmaq üzrədir. Eyni zamanda mənbədən qəsəbələrə magistral və qəsəbədaxili paylayıcı xətlərin çəkilməsi davam edir. Layihəyə uyğun olaraq hər bir qəsəbə üçün ayrılıqda su anbarının inşası qismən özüaxımlı su təchizatının yaradılmasına və əlavə ehtiyatın toplanmasına imkan verəcək. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın tərkib hissəsi olan məcburi köçkün qəsəbələrinin su təchizatının yaxşılaşdırılması layihəsi üzrə işlər 2011-ci ildə yekunlaşacaq. Bununla da, 11 mindən artıq məcburi köçkünün içməli su təchizatı yaxşılaşacaq.


Qeyd edək ki, qəsəbələri içməli su ilə yaxınlıqda qazılmış 14 subartezian quyu təmin edir. Quyu zonasında ümumi tutumu 8 min kub metr olan 4 anbar və xlorator qurğusu da tikilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar