Dağlıq və dağətəyi rayonlara leysan yağacaq, dolu düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 18-22 dərəcə isti, gündüz 26-31 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 2-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. İyulun ilk günlərində şimal-qərb küləyi üstünlük təşkil edəcək, arabir güclü olacaq. İyulun 2-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

442