“Azərekspresspoçt” yeni xidmət növünün tətbiqinə başladı
01 iyul 2011 13:56 (UTC +04:00)

“Azərekspresspoçt” yeni xidmət növünün tətbiqinə başladı

Dünyanın 190-dan artıq ölkəsində beynəlxalq EMS (Express Mail Service – poçt göndərişlərinin ekspress-çatdırma xidməti), Azərbaycanda ölkədaxili EMS, Bakı və Bakı ətrafı ərazilərdə təcili və güniçi kuryer xidmətləri göstərən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi bu günlərdə yeni xidmət növünün tətbiqinə başlayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, respublika daxilində ilk dəfə müəssisə tərəfindən təklif olunan yeni xidmət növünün mahiyyəti göndərişlərin poçt rüsumlarının ünvançının qabaqcadan edilmiş rəsmi müraciətinə əsasən onun tərəfindən ödənilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar