Miqrasiya cərimələrindən toplanan pullar hara xərclənəcək?
01 iyul 2011 13:54 (UTC +04:00)

Miqrasiya cərimələrindən toplanan pullar hara xərclənəcək?

Nazirlər Kabineti “Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, xüsusi vəsaitdən miqrasiya orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur.

Xüsusi vəsaitin toplanması və təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Dövlət Miqrasiya Xidməti üçün xüsusi xəzinə hesabı açılır. . Xüsusi xəzinə hesabının maliyyə mənbəyini miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsait təşkil edir. Xüsusi vəsait miqrasiya orqanları işçilərinin aylıq vəzifə maaşına əlavə olunmaqla ödənilir. Bu Qaydaya əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə “Əmək pensiyaları haqqında” qanununda nəzərdə tutulmuş təminat xərcliyinə daxil edilmir.

Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur. Xüsusi vəsaitin istifadə olunmasına dair hesabat Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanır və müəyyən edilmiş müddətdə Maliyyə Nazirliyinə təqdim edilir. Vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilir. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi məqsədi ilə hər ay üçün tam əlavə hesablanır. Əlavənin hesablanması üçün miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi həmin ayda miqrasiya orqanları işçilərinin faktiki sayına bölünür. Əlavə tam rəqəmdən sonra yüzdə birə qədər riyazi yuvarlaqlaşdırma aparılmaqla müəyyən edilir və aşağıdakı düstura uyğun hesablanır:


TƏ = XV x 25 : İFS
100

Burada:
TƏ - aylıq vəzifə maaşına tam əlavə;
XV - hesabat ayı üçün xüsusi xəzinə hesabına daxil olan vəsait (manatla);
İFS - həmin ayda miqrasiya orqanlarında işləmiş işçilərin faktiki sayıdır.
3.4. Aylıq vəzifə maaşına natamam əlavə miqrasiya orqanları işçiləri üçün ödənilən tam əlavə, hesabat ayında iş günlərinin sayı və işlənilmiş iş günlərinin sayı tətbiq edilməklə, aşağıdakı düstura uyğun hesablanır:


NƏ = TƏ x İİG
HİG

Burada:
NƏ - aylıq vəzifə maaşına natamam əlavə;
HİG - hesabat ayında iş günlərinin sayı;
İİG - işçinin işlədiyi iş günlərinin sayı;
TƏ - aylıq vəzifə maaşına tam əlavədir.
Aylıq vəzifə maaşına əlavə işçinin aylıq əməkhaqqına daxil edilir. Miqrasiya orqanlarında qulluğuna xitam verilmiş, miqrasiya orqanlarının sərəncamında olan və vəzifəsindən müvəqqəti kənarlaşdırılmış işçilərin aylıq vəzifə maaşına əlavə onların hesabat ayında işlədiyi iş günlərinə uyğun olaraq ödənilir. Aylıq vəzifə maaşına əlavəyə gəlir vergisi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar müvafiq qanunvericiliyə uyğun olaraq tətbiq edilir. Aylıq vəzifə maaşına əlavə hesablanarkən, orta aylıq əməkhaqqı saxlanılan dövrdəki iş günləri nəzərə alınmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar