Argentina jurnalları Azərbaycanı yazdı - FOTO
01 iyul 2011 11:33 (UTC +04:00)

Argentina jurnalları Azərbaycanı yazdı - FOTO

Xarici İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, üz qabığında Bakının “İçəri Şəhər” metro stansiyası ilə “Köhnə Qala” divarlarının kəsişdiyi fotoşəkil yerləşdirilmiş “İmagen Diplomatica” jurnalının sonuncu nömrəsi “Azərbaycan – qədim tarixin müasirliklə qovuşduğu nöqtə” (Azerbaiýan – punto de confluencia de la historia antigua con la modernidad) adlanır. Jurnalda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin bu ilin fevral ayında Argentinaya səfəri, bu çərçivədə təşkil olunmuş görüş və tədbirlər, ümumilikdə ölkəmizin həqiqətləri, tarixi-mədəniyyət irsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin sosial-iqtisadi inkişafı, Argentina ilə əməkdaşlığı, habelə cari ildə Buenos-Ayresdə qeyd olunmuş Azərbaycanın Respublika Günü, ölkəmizin 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirakını əks etdirən məqalələr dərc olunub.

“Azərbaycan Buenos-Ayresdə təqdim olunur” (Azerbaiýan se muestra en Buenos Aires) adlanan “Revista Placet Diplomatica” jurnalının bu nömrəsinin də üz qabığında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Argentinaya səfəri çərçivəsində Buenos-Ayresdə təşkil olunmuş “Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından” adlı sərginin açılış mərasiminin şəkli yerləşdirilmiş və jurnalda həmin səfər, Argentina-Azərbaycan əməkdaşlığı, Azərbaycan haqqında ətraflı məlumatlar, xüsusilə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, ölkəmizin tərəqqisi və digər həqiqətlərinə dair geniş məqalə dərc olunub.

Jurnallarda ölkəmizin müxtəlif görməli yerləri ilə bağlı fotoşəkillər də yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855

Oxşar yazılar