“Tərsinə çevrilən dünya”
DİN-in mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilmiş, quruluşçu rejissoru Ənvər Əbluc olan yeni film daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsinə həsr olunub.
FIlmin nümayişindən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və daxili işlər naziri Ramil Usubov çıxış edərək filmin uğurlu alınmasında əməyi olan yaradıcı kollektivi təbrik edib, onun əhəmiyyətindən danışıb, hüquq-mühafizə orqanlarının çətin və şərəfli fəaliyyətindən bəhs edən belə filmlərin bundan sonra da çəkilməsinin vacibliyini vurğulayıb.
Sonra daxili işlər nazirinin əmri ilə yaradıcı kollektivin bir qrupuna mükafatlar təqdim olunub.
Qeyd edək ki, bir hissəsi İran İslam Respublikasında və iranlı aktyorların iştirakı ilə çəkilmiş filmin ərsəyə gəlməsində qonşu dövlətin Mədəniyyət Nazirliyi və “Sədrafilm” kinostudiyası yaxından köməklik göstərib.

795