Bakı Dövlət Universitetində möhtəşəm məzun günü - FOTO
30 iyun 2011 16:41 (UTC +04:00)

Bakı Dövlət Universitetində möhtəşəm məzun günü - FOTO

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əsas tədris binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib.

Bu il universitetin 4500-dək məzununu yola saldığını bildirən rektor, onlardan 700 nəfərinin fərqlənmə diplomuna layiq görüldüklərinin xüsusilə vurğulayıb. Sonra 17 fakültəsinin hər birindən iki nəfərə fərqlənmə diplomu təqdim edilib. Diplomları rektor Abel Məhərrəmov, təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov təqdim ediblər.

Sonra rektorun fərqlənmə diplomuna layiq görülən tələbələrin valideynlərinə ünvanladığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunub.

Tədbir konsert proqramı ilə davam edib. Məzunları Röya Ayxan, Nura, Brilliant Dadaşova, Elnur, Xəyyam, Kamil, Xatirə, Eldəniz və “Eurovision – 2011” mahnı müsabiqəsinin qalibləri Nigar və Eldar təbrik ediblər.

Tədbirin rəsmi hissəsinin aparıcıları isə Jurnalistika və Sosial Elmlər və Psixologiya fakültəsinin məzunları – Məryəm Mehdiyeva və Fuad Bayramov olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1469

Oxşar yazılar