Abel Məhərrəmov türkiyəli diplomatla görüşüb
30 iyun 2011 16:14 (UTC +04:00)

Abel Məhərrəmov türkiyəli diplomatla görüşüb

BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə məlum olub ki, müşavirin diplomatik missiyası başa çatır və yaxın günlərdə Azərbaycanı tərk edəcək.
2008-ci ildən ölkəmizə təhsil müşaviri olaraq təyin olunan Halis Koyuncuoğlunun fəaliyyətini yüksək qiymətləndirən rektor Abel Məhərrəmov bu illər ərzində BDU ilə təhsil müşavirliyi arasında görülən mühüm işlərdən bəhs edib.


Halis Koyuncuoğlu hər iki tərəfin səyləri nəticəsində BDU-da təhsil alan türk tələblərə yaradılmış şəraitdən məmnun olduğunu bildirib və problemlərinin həlli üçün göstərilən xüsusi diqqətə görə rektor Abel Məhərrəmova təşəkkür edib.


Halis Koyuncuoğlunun Azərbaycandan getməsi xəbərini təəssüflə qarşıladığını deyən akademik Abel Məhərrəmov onun Azərbaycandakı fəaliyyəti ilə əlaqədar olaraq müvafiq strukturlara BDU-nun adından təşəkkür məktublarının göndəriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar