“QHT Məktəbi” məzunlarının sayı artdı
30 iyun 2011 15:02 (UTC +04:00)

“QHT Məktəbi” məzunlarının sayı artdı

Lent.az-ın məlumatına görə, mərasimi giriş sözü ilə açan Mərkəzin direktor müavini Rasim Ağayev QHT Məktəbinin ölkəmizin QHT sektorunda oynadığı rolu və professional QHT işçilərinin formalaşdırılmasındakı xidmətləri haqqında məlumat verib. Bildirib ki, bu gün ölkəmizdə digər sahələrdə olduğu kimi QHT-lərə də təcrübəli kadrlar lazımdır. Çünki belə təşkilatlarda yaxşı menecment, maliyyə davamlılığının qorunması, ictimai əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, kargüzarlıq və s. istiqamətlər üzrə konkret şəxslərin olması nəinki QHT-nin öz inkişafına, ümumilikdə vətəndaş cəmiyyətinin ciddi imicinin formalaşmasına kömək edir. Bu baxımdan QHT Məktəbinin davamlı olaraq inkişafı Mərkəzin əsas strateji məqsədlərindən biridir.

QHT Məktəbində bir neçə mövzu üzrə təlimçi olmuş, eyni zamanda mərasimə qonaq qismində qatılan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının məsul əməkdaşı Vüsal Quliyev də məzunlara uğurlar arzu edərək, bir sıra tövsiyələr verib.

Daha sonra məzunlara sertifikatlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar