5 min manatdan çox rüşvət “külli miqdarda” sayılacaq
30 iyun 2011 14:47 (UTC +04:00)

5 min manatdan çox rüşvət “külli miqdarda” sayılacaq

Bundan sonra Azərbaycanda xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri, arbitrajların xarici və ya yerli arbitrləri və andlı iclasçıları korrupsiya cinayətlərinin subyektlərin sırasına daxil edilib. Lent.az-ın məlumatına görə, bu barədə Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklərə görə, həmçinin yerli hakimiyyət nümayəndələri, dövlət orqanlarına seçilmiş və təyin edilmiş vəzifəli şəxslər, hərbi qulluqçular, dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları vəzifəli şəxslərin sırasına daxil edilib. Həmçinin, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qeydə alınmış şəxslər, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, bu təşkilatlarda təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər korrupsiya cinayətlərinin subyektləri hesab olunacaq. Məcəllədəki digər bir dəyişikliyə görə, külli miqdarda rüşvətin məbləği 5 min manatdan artıq müəyyən edilib.

Qeyd edək ki, Məcəlləyə əlavə və dəyişikliklər Milli Məclisin son növbədənkənar iclasında qəbul olunub.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar