Azərbaycan prezidenti Binəqədidəki Heydər Əliyev adına parkda olub
29 iyun 2011 19:23 (UTC +04:00)

Azərbaycan prezidenti Binəqədidəki Heydər Əliyev adına parkda olub

Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısına 2001-ci ildə istifadəyə verilən parkda ötən ilin dekabr ayından yenidənqurma işlərinə başlanıldığı barədə məlumat verilib.

Bu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan Heydər Əliyev adına Parkın giriş qapısı 10 sütundan ibarətdir. Giriş qapısının hündürlüyü 12,5 metr, uzunluğu isə 80 metrdir. Parkın girişində 25 metr hündürlükdə bayraq dirəyi ucaldılıb.

Burada Heydər Əliyev İctimai Mərkəzi də fəaliyyət göstərəcək. Mərkəzin iki mərtəbədən ibarət olacaq binasının birinci mərtəbəsində foye, xarici dil mərkəzi, konfrans zalı, audio-vizual, multimedia mərkəzləri, fotostudiya, istirahət və əyləncə mərkəzi, ikinci mərtəbədə isə kompüter otağı, kitabxana və mətbuat mərkəzi, muzey, şahmat klubu və s. yerləşəcək.

Parkda müxtəlif tədbirlər keçirmək üçün açıq meydança və fəvvarə tikilir. Həmçinin burada “Ana və uşaq” kafesi, istirahət köşkləri, uşaq əyləncə meydançası, əlil uşaqların reabilitasiyası mərkəzi inşa olunacaqdır. Parkın ərazisinə Almaniya istehsalı olan tamet döşənəcək, burada yaşıllıqlar salınacaq.

Prezident İlham Əliyev parkın eskiz layihəsinə, yenidənqurmadan sonrakı görünüşünü əks etdirən şəkillərə baxıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar