Azərbaycan Cəmiyyətinin sədri Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyi ilə görüşüb
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Samir Imanov Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyi ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Samir İmanov görüşdə son illər Azərbaycanda turizm sahəsində əldə olunan uğurlardan danışıb.
Azərbaycanın iqlim şəraitinin burada ilin hər dörd fəslində istirahət etməyə imkan verdiyini söyləyən Azərbaycan Cəmiyyətinin sədri Avropa ilə müqayisədə Azərbaycanda qiymətlərin daha münasib olduğunu və buna görə də ölkəmizə maraq göstərən əcnəbilərin sayının artdığını bildirib. O, turizmin inkişafı məqsədilə Bakıda 6 yeni 5 ulduzlu otelinin tikildiyini bildirib.
Samir İmanov Azərbaycanın “Eurovision-2011” mahnı yarışmasında qələbə qazandığını və gələn il bu müsabiqənin Bakıda keçiriləcəyini xatırladıb və yarışma zamanı Azərbaycana 60 minədək turisti gələcəyini söyləyib. O deyib ki, Azərbaycan hökuməti bu məqsədlə ölkənin turizm imkanlarını bir il ərzində mümkün qədər inkişaf etdirmək, xidmət səviyyəsini yüksəltmək və Bakının simasını daha da gözəlləşdirmək üçün mühüm işlər görür. İndi bütün dünyanın diqqəti Azərbaycanın dünyadan on minlərlə insanı necə qarşılayacağına yönəlib və ölkəmiz bu etimadı layiqincə doğrultmağa çalışır.
Samir İmanov Azərbaycanın Naxçıvan, Gəncə, Qəbələ, Zaqatala, Şəki, Lənkəran və digər qədim tarixə malik şəhərləri haqda da nazirliyin rəhbərliyinə məlumat verib. Azərbaycan Cəmiyyətinin sədri Dubay rəsmilərinin diqqətini ölkəmizin işğal altında olan ərazilərinə yönəldərək vurğulayıb ki, Ermənistanın zəbt etdiyi Dağlıq Qarabağ və onun ətrafında olan ərazilər Azərbaycanın ən səfalı və görməli yerlərindəndir: “19 ildir erməni işğalı altında olan Şuşa əzəli Azərbaycan torpağıdır və tarix boyu ölkəmizin dilbər guşəsi sayılıb. Hələ sovet dövründə Şuşaya minlərə turist axışırdı. Lakin təəssüf ki, indi qəsbkar ermənilər Şuşanı erməni torpağı kimi dünyada təqdim edir və buranın turizm imkanlarını dünyaya öz adları ilə təqdim edirlər”. O Azərbaycan dövlətinin tezliklə öz torpaqlarını düşmən tapdağından azad edəcəyini vurğulayıb.
Görüşü sonunda nazirlik rəhbərliyinə Azərbaycanın turizm imkanlarını əks etdirən çoxlu kitab, broşur, CD, Azərbaycan muğamlarından ibarət disklər, Heydər Əliyev haqda ingilis və ərəb dillərində kitablar və Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu, habelə Azərbaycanın bayrağı, xəritəsi və üzərində Azərbaycanın rəmzləri olan xalça da hədiyyə olunub. Nazirlik rəsmiləri bu əyani vəsaitləri Dubayda fəaliyyət göstərən böyük turizm şirkətlərinə paylayaraq Azərbaycanın təbliğ edilməsini onlara tövsiyə edəcəklərini vurğulayıblar.

707