Azərbaycan Moldova ilə sosial sığorta sahəsində saziş imzaladı
29 iyun 2011 12:05 (UTC +04:00)

Azərbaycan Moldova ilə sosial sığorta sahəsində saziş imzaladı

İyunun 29-da Azərbaycan Dövlət Sosial Müdafiə Fondu və Moldova Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokol imzalanıb.

Lent.az-ın məlumatına görə, imzalanan protokol haqqında məlumat verən DSMF sədri Səlim Müslümov bildirib ki, protokolun mahiyyəti iki ölkə arasında miqrantların pensiya hüquqlarının tanınması ilə bağlı müqavilənin hazırlanması və müvafiq dövlətlərin hökumətlərinə təqdim olunmasından ibarətdir. Fond rəhbəri bildirib ki, daha öncə belə sazişlər Belarus, Çexiya və İsrail kimi ölkələrlə də imzalanıb.

Protokola əsasən tərəflər miqrantların pensiya hüquqlarının qarşılıqlı şəkildə təmin olunması üçün layihə hazırlayaraq, öz hökumətlərinə təqdim edəcəklər.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar