Bakıda miqrantların hüquqları ilə bağlı beynəlxalq seminar keçirilib
İyunun 28-29-da Azərbaycan Dövlət Sosial Müdafiə Fondu və Sosial Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Avropa regionu üçün Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) Əlaqələndirmə Mərkəzinin açılışı və BSTA Avropa Şəbəkəsinin “Əmək miqrantlarının sosial müdafiəsi və qloballaşma” mövzusunda texniki seminar keçirilib.
Lent.az-ın məlumatına görə, seminarın ikinci günündə çıxış edən Beynəlxalq Əmək Təşkilatının mütəxəssisi Rəşad Fərəcov təmsil etdiyi qurumun əmək miqrantlarının sosial müdafiə hüquqlarının qorunmasına dair baxışlarını açıqlayıb. O, bununla bağlı mövcud beynəlxalq standartlar və imzalanmış konvensiyalar barədə seminar iştirakçılarını məlumatlandırıb.
DSMF sədri Səlim Müslümov isə çıxışında Avrasiyada ikitərəfli və çoxtərəfli sazişlərin hazırlanması və həyata keçirilməsi üzrə ümumi təcrübə barədə geniş məlumat verib.
Daha sonra seminar beynəlxalq mütəxəssislərin və xarici ölkələrin bu sahə üzrə nümayəndələrinin çıxışları ilə davam etdirilib.
Anar GƏRAYLI

851