Qazdan borclarının silinməsi qaydalarında dəyişiklik edilib
03 iyun 2011 18:06 (UTC +04:00)

Qazdan borclarının silinməsi qaydalarında dəyişiklik edilib

“Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 dekabr tarixli 207 nömrəli fərmanına əsasən Nazirlər Kabineti “Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə” qərarına dəyişikliklər edib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərə görə, Vergilər Nazirliyi borcları silinən müəssisə və təşkilatlarda kompensasiya məbləği dəyişdiyindən, bu borc məbləği üzrə əlavə dəyər vergisi öhdəliklərinin ləğv edilməsi məqsədi ilə əvvəlki dövrlərdə bəyan edilmiş əlavə dəyər vergisi dövriyyələrində müvafiq dəqiqləşmələri nəzərə almalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar