Şəhidlər şəxsi heyətin döyüş siyahısında
Xidməti-döyüş fəaliyyətini yerinə yetirərkən şəhid olan əsgərlərin adlarının əbədiləşdirilməsinə dair məsələ müxtəlif dövrlərdə dəfələrlə hərbi ekspertlər, veteran təşkilatları tərəfindən dəfələrlə qaldırılıb. Lakin bu adların necə əbədiləşdirilməsi və şəhidlərin unudulmaması sahəsində hansı işlərin görülməsindən isə çox zaman ictimaiyyət xəbərsiz olur. Son illərdə bu sahədə dövlət tərəfindən bu sahədə bəzi addımların müşahidə olunması ölkədə gənclərin mənəvi-psixoloji hazırlığına, silahlı qüvvələrin şəxsi heyətinin döyüş qabiliyyətinə müsbət təsir göstərməkdədir.
Bölgənin digər ölkələrində şəhidlərin xatirəsi əsasən onların abidələrinin qoyulması, adlarının hansısa məktəb və küçələrə verilməsi ilə anılır. Bu cür anım tədbirləri Türkiyə, Gürcüstan, İran, Ermənistan və Rusiya kimi qonşu ölkələrdə daha çox həyata keçirilir. İranda şəhidlərin xatirəsi daha çox onların şəkillərinin binalara böyük formatda əks etdirilməsi ilə, Gürcüstanda onların adlarının və şəkillərinin ümumi memorial kompleksə salınması ilə anılır.
Azərbaycan da demək olar ki, eyni addımlar atılır. Rəsmi statistikaya görə, bu gün ölkədəki orta məktəblərin 70%-dən çoxu birinci Qarabağ müharibəsi şəhidlərinin, İkinci Dünya Müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlıların adlarını daşıyır. Eyni zamanda şəhidlərin adları şəhər, rayon və qəsəbələrdə küçələrə və tibb müəssisələrinə verilib. Bir çox məktəbdə, adları verilən küçələrdə də həmin şəhidlərin barelyefləri, büstləri də qoyulub.
Amma Azərbaycanda şəhidlərin adları tək onların yaxınları və tanıyanları tərəfindən anılmır. Döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək şəhid olmuş hərbçilər xidmət etdikləri hərbi hissənin «Şərəf kitabı»na salınmaqla yanaşı onların adları ölümlərindən sonra da şəxsi heyətin siyahısında saxlanılır. Hansı ki bu fakt adlarını sadaladığımız bir çox qonşu ölkələrdə, eləcə də Türkiyədə mövcud deyil. Türkiyə ordusunda yalnız bölüyündə şəhidlərin fotoları asılır və onların tərcümeyi-halı qeyd olunur. Yalnız hər il Hərbi Məktəbdə şəxsi heyətin adlarının yoxlanışı zamanı Mustafa Kamal Atatürkün adı anılır. Qeyd edək ki hərbi məktəb Atatürkün Hərbi Məktəbə daxil olduğu gün dərsə açılır. Açılış mərasimində adların yoxlanışı həyata keçirilərkən Atatürkün məktəb nömrəsi 1283 oxunduqda bütün heyət «Aramızda» deyə səslənir.
Azərbaycanda bu ənənə daha çox Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında davam etdirilir. Milli Qəhrəmanların və dövlət tərəfindən ölümündən sonra orden və medallarla təltif olunmuş hərbçilərin adları hər gün Daxili Qoşunların hərbi hissələrində şəxsi heyətə xatırlanır. Daxili Qoşunlardan Lent.az-a verilən məlumata görə, şəhid Milli Qəhrəmanların və qəhrəmanlıq göstərərək şəhid olmuş, sonradan dövlət tərəfindən təltif olunanların adı hələ də onların xidmət etdikləri birliklərin siyahısındadır. Hər gün axşam yoxlanışında («razvod»), zabitlər bölükləri yoxlayarkən siyahıda saxlanılan həmin şəxslərin adlarını oxuyur, bu zaman əsgərlər «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub» deyə cavab verir. Şəhid qəhrəmanların şəkilləri eyni zamanda hərbi hissənin qərargahında saxlanılır.
«Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun onun xidmət etdiyi bölüyün şəxsi heyətinin siyahısında saxlanılıb». Bunu isə Lent.az-a Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsindən bildiriblər.
İdarənin adının çəkilməsini istəməyən yüksək rütbəli zabitinin sözlərinə görə, hər axşam yoxlanışında Milli Qəhrəmanın və onun meyitinin geri qaytarılması zamanı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş Fərid Əhmədovun adları şəxsi heyətin siyahısında oxunur. Onların yerinə şəxsi heyət «Qəhrəmancasına həlak olub» - deyir. Analoji qaydada digər belə şəhidlərin də adları hər gün şəxsi heyətə sadalanır.
Sərhəd Qoşunlarında da bu ənənədən istifadə olunub-olunmadığını dəqiqləşdirmək mümkün olmayıb.
Hərbi ekspert Yaşar Cəfərlinin sözlərinə görə, hazırda Müdafiə Nazirliyi və Daxili Qoşunlarda tətbiq olunan bu xatırlatma Sovet ordusundan qalma ənənədir. Sovet ordusunda qəhrəmanların adları şəxsi heyətin siyahısında saxlanılıb və bu qaydada hər axşam yoxlanışında onların adları oxunub. Eyni ənənə hazırda Rusiya ordusunda da davam etdirilir.
Rəşad

1207