Bakıda zay kolbasa istehsal edən müəssisə aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 3V ünvanında Anar Rzayevə məxsus istehsalat sahəsində istehsal olunmuş kolbasaların üzərində saxlama müddətinin göstərilmədiyi aşkar edilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar Dövlət Xidməti tərəfindən Anar Rzayevə məxsus istehsalat sahəsində ət məhsullarının istehsalı və satışının qanunauyğunluğu ilə bağlı araşdırmalara başlanılıb.
Aparılan araşdırmalar zamanı “Kurinaya”, “Russkaya”, “Servelat”, “Lyubitelskaya”, “Qovyajaya”, “Moloçnaya”, “Moskovskaya”, “Halal Prima”, “Halal”, “Oxotniçiy”, “Sinyuqa”, “Doktorskaya” kolbasalarının gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə müəssisənin anbarında saxlama müddəti ötmüş 20 kiloqram ədviyyatın olduğu müəyyən edilib.
Gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edilmiş 755 kiloqram kolbasa və 250 kq etiketlənməmiş kolbasa məhsulları, habelə saxlama müddəti ötmüş 20 kiloqram ədviyyat Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib. Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, kolbasa istehsalı və satışının dayandırılması və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış kolbasaların geri yığılması barədə sahibkar Anar Rzayevə icrası məcburi göstəriş verilib. Haqsız rəqabətə yol verdiyinə görə, Anar Rzayev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

1163