MDB və Baltikyanı ölkələrin dəmiryolçuları Bakıya toplaşıb
15 fevral 2011 12:45 (UTC +04:00)

MDB və Baltikyanı ölkələrin dəmiryolçuları Bakıya toplaşıb

Toplantı fevralın 18-dək davam edəcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, toplantıda “2011-2012-ci illər üçün Beynəlxalq istiqamətdə yük qatarlarının və konteynerli vaqonların tərtibi məsələləri” müzakirə olunur. Tədbirin birinci iş günü giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov çıxış edib. O, qonaqları salamladıqdan sonra Azərbaycan Dəmir Yolunun hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verib. Sədr müavini həmçinin “Şimal-Cənub” və “Bakı-Tbilisi-Qars” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində həyata keçirilən işlərdən danışıb.


Daha sonra MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının hərəkət heyətinin istismarı işinin əlaqələndirməsi Departamentinin rəhbəri Aleksandr Mişuranın sədrliyi ilə müzakirələr başlanıb.


Xatırladaq ki, Rusiya, Litva, Estoniya, Latviya, Belarus, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna dəmiryolçularının qatıldığı toplantının sonunda müvafiq protokol imzalanacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023

Oxşar yazılar