Ali məktəblərin beynəlxalq reytinqi açıqlanıb
15 fevral 2011 11:46 (UTC +04:00)

Ali məktəblərin beynəlxalq reytinqi açıqlanıb

İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) dünya ali məktəblərinin “Webometrics” adlı reytinqini açıqlayıb.

Lent.az-ın məlumatına görə, universitetlərin qiymətləndirməsi 4 nominasiya üzrə aparılıb. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.

Təşkilatın araşdırması zamanı dünyadakı 19266 ali məktəb, o cümlədən Azərbaycanın 36 ali məktəbi tədqiq olunub. Reytinqdə isə 12 min ali məktəbin adı açıqlanıb və onların arasında Azərbaycandan 4 ali məktəbi də var: Xəzər Universiteti (5097-ci yer), Qafqaz Universiteti (7054-cü yer), Diplomatiya Akademiyası (7653-cü yer) və Tibb Universiteti (11 108-ci yer).

Yüksək liqa hesab olunan ilk 6 min ali məktəblər arasına Azərbaycandan yalnız Xəzər Universiteti daxil ola bilib. Keçmiş SSRİ məkanından bu sırada Ukrayna 38, Litva 17, Latviya 10, Estoniya 8, Belarus 7, Ermənistan 5, Moldova 4, Qırğızıstan 3, Qazaxstan 3, Gürcüstan 2 ali məktəblə təmsil olunub.

Reytinqdə qonşu Rusiyanın 238, Türkiyənin 82, İranın 49 ali məktəbi dünyanın 6 min yaxşı ali məktəbi sırasındadır. Yüksək liqada ən çox təmsil olunan ölkələr ABŞ (1722), Çin (567) və Yaponiyadır (388).

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar