Sürücülərdən alınan cərimələrin 25%-i yol polisi əməkdaşlarının maaşına əlavə ediləcək
Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.
Lent.az xəbər verir ki, fərmana əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25%-i DİN-in yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
Nazirlər Kabinetinə bir ay müddətində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi, həmçinin inzibati xəta törətmiş şəxsin sürücülük vəsiqəsinin götürülməsi ilə əlaqədar “Yol hərəkəti haqqında” Qanunun müddəalarının İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarına uyğunlaşdırılmasına dair təkliflərini barədə təkliflərini prezidentə təqdim etmək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”nı bu Fərmana uyğunlaşdırmaq tapşırılıb.
Həmçinin, DİN-nə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta törətmiş şəxslərdən sürücülük vəsiqələrinin yalnız İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda götürülməsini təmin etməli, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmət edən əməkdaşlar tərəfindən qulluq vəzifələrinin icrası və inzibati xətalara baxılması zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına nəzarəti gücləndirmək tapşırılıb.

831