Prokurorluq işçilərinə pul xəbəri
Nazirlər Kabineti prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydasını təsdiq edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının Prokurorluğuna dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyatına keçiriləcək.
Köç pulu və birdəfəlik kompensasiyalar xüsusi və hərbi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan prokurorluq işçisinə (bundan sonra - işçi) və onun ailə üzvlərinə verilir. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar aşağıdakılar ödənilir:
- işçinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərci;
- yolda olan müddət üçün gündəlik xərc;
- işçiyə və onun ailə üzvlərinə ev əşyalarının (əmlakın) daşınması üçün nəqliyyat xərci;
- işçiyə birdəfəlik kompensasiya;
- işçinin ailə üzvlərinə birdəfəlik kompensasiya.
Prokurorluq işçisinə birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki bir aylıq vəzifə maaşının və bir aylıq rütbəyə görə əlavə haqqın məbləği qədər hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə işçinin bir aylıq vəzifə maaşından və bir aylıq rütbəyə görə əlavə haqdan hesablanır. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar (50 kilometrdən çox yol qət etmək şərtilə) vəsaitlər aşağıdakı hallarda ödənilir:
- bir prokurorluq orqanında olan ştat vəzifəsindən digər prokurorluq orqanının ştat vəzifəsinə təyin edilərsə;
- prokurorluq orqanının daimi dislokasiya yeri dəyişərsə;
- prokurorluq orqanlarında qulluq keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş işçi başqa yaşayış məntəqəsinə köçərsə.
- İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi və ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərcləri və birdəfəlik kompensasiyalar aşağıdakı məbləğdə ödənilir:
- işçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərcləri - ümumi istifadədə olan hava, dəmiryol, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gediş haqqı məbləğində (nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla);
- işçiyə yerdəyişmə və vəzifəyə təyinolunma zamanı (50 kilo-metrdən artıq məsafə qət edilərsə) birdəfəlik kompensasiya - bir aylıq vəzifə maaşı və bir aylıq rütbəyə görə əlavə haqq məbləğində;
- işçiyə prokurorluq orqanının daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar yerdəyişmə zamanı (məsafədən asılı olmayaraq) birdəfəlik kompensasiya - bir aylıq vəzifə maaşının və bir aylıq rütbəyə görə əlavə haqqın 50 faizi məbləğində;
- ailə üzvlərinin hər birinə bütün hallarda birdəfəlik kompensasiya - işçinin bir aylıq vəzifə maaşının və bir aylıq rütbəyə görə əlavə haqqın 25 faizi məbləğində;
- işçiyə 3000 kiloqramadək ev əşyalarının (əmlakın) daşınması üçün - müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində.
- Yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar işçiyə və onun ailə üzvlərinə bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gedərkən, yolda olduğu bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları miqdarında vəsait verilir.
İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi və ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün ərizə (raport), yeni qulluq yerinə köçməsini və ev əşyalarının (əmlakın) daşınmasını təsdiq edən sənədlər (təyinolunma barədə əmr, sərəncam, göndəriş vərəqəsi, nəqliyyat vasitələrindən istifadə biletləri, yükdaşıma qəbzləri, hesab-faktura və digər sənədlər) təqdim edilməlidir. İşçinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün bu bənddə göstərilən sənədlər təqdim edilmədiyi (və ya şəxsi avtomobillə yeni qulluq keçmə yerinə getdiyi) hallarda, həmin xərclər hava, su, dəmiryol və avtomobil nəqliyyatı ilə gedişə görə müəyyən edilmiş ən aşağı qiymətlərə uyğun olaraq ödənilir. Ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərclərini göstərən sənədlər təqdim olunmazsa, işçiyə və onun ailə üzvlərinə ödənişlər ödənilmir.
Birdəfəlik kompensasiya işçinin ərizəsi (raportu), təyinolunma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir. İşçinin ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin edildiyi və ya dislokasiya yerinin dəyişdiyi gündən bir il müddətində işçinin ailəsi köçüb onun qulluq keçmə yerinə gələrkən (əgər işçi yeni xidmət yerində mənzillə təmin olunmamışdırsa və yaxud uşaqları ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin əyani şöbəsində və tam orta ümumtəhsil məktəblərinin axırıncı siniflərində oxuyursa, mənzillə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən bir il müddətinə) ödənilir.
Birdəfəlik kompensasiya işçinin himayəsində olan aşağıdakı ailə üzvlərinə ödənilir:
- yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, arvadına (ərinə);
- işçinin himayəsində olan uşaqlarına;
- işçinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş pensiya yaşına çatmış və ya yaşından asılı olmayaraq I və II qrup əlil valideynlərinə.
İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya ştat vəzifəsinə təyin edildiyi yerdə, prokurorluq orqanının daimi dislokasiya yeri dəyişdiyi hallarda isə yeni dislokasiya yerində ödənilir. Birdəfəlik kompensasiya işçinin qulluq keçmə yerinə müvəqqəti olaraq gələn ailə üzvlərinə ödənilmir.
Yerdəyişmə və vəzifəyə təyin olunduqdan sonra işçi yeni qulluq keçmə yerində qulluğa başlamaqdan imtina etdikdə, onun özünə və ailə üzvlərinə ödənilmiş bütün xərclər geri qaytarılmalı və ya işçinin pul təminatından tutulmalıdır.

951