“Azərpoçt” regionlarda “səyyar qəbul” keçirir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən respublikanın regionlarında vətəndaşların irad və təkliflərini dinləmək məqsədilə “səyyar qəbul”lar təşkil olunur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 14-də “səyyar qəbul” Ağcabədi rayonunda keçirilib.
Fevralın 15-də vətəndaşların problemlərinin araşdırılması üçün “Azərpoçt” rəhbərliyi Bərdə və Mingəçevirdə, fevralın 16-da isə Yevlaxda bu cür qəbulların təşkilini planlaşdırır. Qəbullarda rayon poçt filiallarının və şöbələrinin rəisləri də iştirak edir.
Əhalinin poçt sahəsində olan suallarının cavablandırılması, onların maarifləndirilməsi, problemlərin həllində köməklik göstərməsi, eləcə də digər lazımi tədbirlərin görülməsi məqsədini daşıyan səyyar qəbullar “Azərpoçt” tərəfindən mütəmadi olaraq regionlarda təşkil olunur.

605