Əfşar Süleymani: “O uşağı qəbul edib, hər cür dəstək verərəm...” - MÜSAHİBƏ - FOTO
Bakı Şəhər Apelyasiya Məhkəməsi fevralın 10-da jurnalist-publisist Şəmsiyyə Bəylərqızının övladının atasının İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani olması barədə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi isə 2010-cu il dekabrın 26-da jurnalist-publisist Şəmsiyyə Bəylərqızının övladının atasının İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani olması barədə qərar verib. Əfşar Süleymani isə Lent.az-a müsahibəsində Şəmsiyyə Bəylərqızının hər kəsi aldatdığını iddia edir...
- Bakı Şəhər Apelyasiya Məhkəməsinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarı ilə razılaşırsınızmı?
- Öncə bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Nəsimi Rayon Məhkəməsində belə bir qətnamə çıxmışdı. Mən o qərar çıxan zaman məhkəmədə iştirak etməmişəm. Mənə bununla bağlı dəvətnamə gəlib çatmayıb. Nəsimi Rayon Məhkəməsi həmin dəvətnamənin mənə çatması və məhkəmədə iştirakımla bağlı heç bir imzamı göstərə bilməyəcək. Bütün proseslər Şəmsiyyə Bəylərqızının müəyyən insanlara 1 milyon 200 min dollar atması, onlara saxta sənədlər verməsi ilə başladı. O insanlar mənim tövsiyəmlə iş görmək üçün Şəmsiyyə Bəylərqızına pul vermişdilər və mən də onların pulunun qaytarılması üçün bura gəldim. Bundan sonra Şəmsiyyə Bəylərqızı uşaqla bağlı iddialar ortaya atdı ki, mən geri çəkilim. O pullar mənim deyil, başqa adamların idi.
- Nəsimi Rayon Məhkəməsində proses gedərkən İrandan Azərbaycana niyə gələ bilmirdiniz?
- Bəzi problemlərə görə nəinki İrandan Azərbaycana gələ bilmirdim, ümumiyyətlə, İranı tərk edə bilmirdim. O ərəfədə də bu qadın tərəfindən mənim haqqımda kütləvi informasiya vasitələrinə çoxlu yalanlar söylənib. Nəsimi Rayon Məhkəməsinin qərarına etiraz olaraq işə Bakı Şəhər Apelyasiya Məhkəməsinin baxmasını istədim. Çünki Şəmsiyyə Bəylərqızı Nəsimi Rayon Məhkəməsinə bir sıra saxta sənədlər təqdim edib və məhkəmə də bu sənədlərə əsasən qərar çıxarıb. Mən sizə sənədləri təqdim edəcəm, surətini dərc edərsiz, hər kəs görər. Məsələn, sənədlərin biri guya kəbin kağızıdır, 2007-ci ilin sonlarında alıb. Əslində Azərbaycan qanunvericiliyinə görə, hətta belə sənədlər düz də olsa, əsas sayılmır, çünki rəsmi deyil. Ancaq bu rəsmi olmayan sənəd də saxtalaşdırılıb. Çünki kəbin kağızında kiminsə imzası olmalıdır, heç bir imza, o cümlədən mənim imzam yoxdur. Eyni zamanda bu saxta sənədin məhkəməyə təqdim edilmiş tərcüməsində də problem var. Sənəddə fars kəlməsi yoxdur, amma məhkəməyə verdiyi sənəddə yazıb ki, fars dilindən Azərbaycan dilinə tərcümədir. Bu saxta sənəddə yazılanlar ərəb dilindədir. Saxta sənəddə olmayan bəzi şeylər tərcümədə var və həmin tərcüməni də məhkəməyə verib. Digər tərəfdən, iki başqa sənədi İstanbuldakı Alman Xəstəxanasına verib. Bu sənədlərin birində nikah şəhadətnaməsi olduğu yazılıb. Mən bu sənədlərdən məlumatsız idim, 4 ay öncə gedib İstanbuldakı Alman Xəstəxanasından almışam. Nikah şəhadətnaməsi ilə bərabər, xəstəxanaya ərəb dilində və möhürü olan bir kəbin kağızı da təqdim edib. Həm də kəbinlə bağlı bu 3 saxta sənədin tarixləri də fərqlidir. Bir adam evlənirsə, bir sənədi, həm də bir tarixi olmalıdır.
- Nikah şəhadətnaməsi necə saxtalaşdırıla bilər?
- O qadın bir nikah şəhadətnaməsinin üzərində saxtalaşdırma aparıb, onu yazdırıb. Bu saxta nikah sənədini kim yazıb? Şəmsiyyənin rəfiqəsi Sevil Adilova. Onu da deyim ki, mənim bir evim vardı və qarşılığında Bünyad Sərdarov küçəsində ev verməsi üçün Şəmsiyyəyə vermişdim. Şəmsiyyə o evi Sevil Adilovanın adına keçirib. O evi sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin vasitəsi ilə geri qaytartdırdım. Sevil Adilova əvvəllər də əməllərinə görə həbsxanaya düşüb. Şəmsiyyə hardansa nikah şəhadətnaməsinin orijinalını əldə edib, Sevil Adilova da saxtalaşdırıb.
Sevil Adilova evi mənə qaytarandan sonra Şəmsiyyə ona da qara yaxdı. Dedi ki, Əfşar Süleymaninin Sevil Adilova ilə münasibətləri olub, ona pul verib. Sevil Adilova da gəlib mənə dedi ki, harada olsa, deyərəm, Şəmsiyyə nikah şəhadətnaməsini oğurlayıb gətirmişdi, mənə əlimlə yazdırtdırıb.
Yeri gəlmişkən, Şəmsiyyə Bəylərqızı Nəsimi Rayon Məhkəməsinə təqdim etmək üçün mənim evimlə bağlı bir saxta sənəd də düzəltdirib. Guya Sevil Adilova evin sahibidir, Şəmsiyyə də kirayəçidir, kirayə ilə bağlı müqavilə imzalayıblar.
Şəmsiyyə Nəsimi Rayon Məhkəməsinə sənəd verib ki, guya Leyla Şıxlinskaya Klinikasında uşaq dünyaya gətirib. Kağızda bunun Şəmsiyyə Bəylərqızının beşinci doğuşu olduğu yazılıb. Amma onun bundan əvvəlki dörd doğuşu barədə heç bir məlumat yoxdur. Sənədlər tələb olunub, gətirməyib. Necə olur ki, 4 uşaq olur, nə özü, nə sənədləri, nə də ölümləri haqqında bir şey var.
- Proseslər niyə bu səviyyəyə gəlib çatdı?
- Mən Şəmsiyyənin mənimsədiyi pulları sakitcə qaytarmasını istədim, sakitcə bu məsələləri həll etməsini tövsiyə etdim. Olmadı. Sonra mən şikayət etdim. Onu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirdilər, kağız yazdı ki, evi və mənimsədiyi pullardan 400 min dolları da qaytarsın. Ancaq pulları qaytarmadı, yenə də televiziyaya çıxdı. Əgər o qadın düz söyləyirsə, televiziyaya niyə çıxır? Mən çıxmırdım. 10-20 dəfə o çıxdı, mən də fikirləşdim ki, artıq cavab verməliyəm, xalq onun kim olduğunu tanımalıdır. Mənim yeganə səhvim o olub ki, Şəmsiyyə Bəylərqızı özünü yazıçı, jurnalist kimi təqdim edib və mən ona inanmışam. Hesab etməmişəm ki, yazıçı fırıldaq olar, saxta sənədlər düzəldər, yalanlar danışır... Şəmsiyyə Bəylərqızı mənimlə müsahibələr götürdü, kitablar hazırladı. İranlı biznesmenlər də Azərbaycanda iş qurmaq istədiklərini söyləyəndə mən inandığım üçün Şəmsiyyəni tövsiyə etdim. Onu da deyim ki, bu qadının 30-dan çox telefon nömrəsi vardı. Zəng gəlirdi, guya hansısa nazirlə danışır. O, tək deyil. Mülki qaydada olmur, cinayət işi açılsın, adlarını da deyəcəm. Başqa adamlarla bərabər, mənim özümə də saxta sənədlər verib. Guya QHT-si olub, yaponlar dəstək verib, məni də diplomla təltif edib. Sonra o özü də etiraf edib ki, heç o QHT Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib, hamısı yalandır...
O məhkəmədə deyib ki, İranda da kəbini var. Mən də dedim ki, gətirib təhvil versin, niyə təhvil verə bilməyib? Başqa tərəfdən, mən İran, o, Azərbaycan vətəndaşıdır. Spermanın köçürülməsi mən olmadan İstanbuldakı Alman Xəstəxanasında həyata keçirilib. Mən özüm İranda bununla bağlı şikayət etmişəm. O, İrandakı məhkəməyə getmir. Tehranda məhkəməyə sənədləri təqdim etmişəm və məhkəmə də mənim haqlı olduğuma qərar verib. Bakı Şəhər Apelyasiya Məhkəməsində də bir hadisə baş verdi. İstəsəniz, vəkillərim Fəxrəddin Mehdiyev və Rəna xanımın telefon nömrələrini sizə verərəm. Məhkəmə prosesində hər iki vəkil iştirak etdi. Vəkillərimin vəsatəti o idi ki, sperma köçürülməsi prosesinin olduğu İstanbuldakı Alman Xəstəxanasına müraciət edilsin, Azərbaycanın konsulluğu vasitəsi ilə sənədlər tələb olunsun. Mənim spermam hansı əsaslarla köçürülüb? Məhkəmə o vəsatəti qəbul etmədi. Şəmsiyyə hansı sənədi təqdim edib, o sənədləri qəbul etdilər. Həm də vəkillər uşaqla bağlı analizin başqa ölkədə keçirilməsini təklif etdilər. Əgər belə bir şey varsa, nə İranda, nə də Azərbaycanda, üçüncü ölkədə, elə Türkiyədə analiz keçirilsin.
- İstanbuldakı Alman Xəstəxanasında sizin spermanız olub?
- Mən 3 il əvvəl Alman Xəstəxanasında əməliyyat keçirmişəm və bu, mənim özümlə bağlı olub. Sadəcə, söhbət arasında inandığım bir adam kimi bunu ona demişdim. O da mən olmadan İstanbuldakı Alman Xəstəxanasına evliliklə bağlı saxta sənədlər təqdim edib, süni mayalanma edib. Alman Xəstəxanası da süni mayalanma ilə bağlı ona sənəd verib.
- Yəni Şəmsiyyə Bəylərqızı xəstəxananı sizin onun əriniz olmasına inandırıb?
- Bəli. Sadəcə, sənəddə Şəmsiyyə Bəylərqızı və Əfşar Süleymaninin adı yazılsa da, Şəmsiyyə Bəylərqızının imzası var, mənim imzam yoxdur. Mənim pasportuma baxmaq olar. Pasportumda mənim Türkiyəyə giriş və çıxış tarixləri var. Türkiyə Sərhəd Qoşunlarından da öyrənmək olar. O qadın Türkiyəyə gedib, Alman Xəstəxanasına saxta sənədlər və mənim pasportumun sürətini verib, deyib ki, Əfşar Süleymaninin arvadıyam. Şəmsiyyə Bəylərqızı 3 il əvvəl xəstəxanada məndən götürülmüş spermanı özbaşına götürüb. Şəmsiyyə Bəylərqızı sonra məni şantaj edib. Hər halda, bunlar aydınlaşdırılacaq.
- Siz Şəmsiyyə Bəylərqızının Türkiyəyə sizdən sonra getdiyini bildirdiniz. Ancaq Şəmsiyyə Bəylərqızının sizinlə xəstəxanada çəkilmiş şəkilləri var. Bu necə olub?
- Şəkil əsas deyil, pasportda Türkiyəyə giriş-çıxışın tarixi əsasdır. Əgər pasportda Şəmsiyyənin Türkiyədə xəstəxanada olduğu həmin tarixdə mən də Türkiyədə olmuşamsa, mən geri çəkilirəm. Mən həmin vaxt Türkiyədə olmamışam. Mən Türkiyədə xəstəxanada olanda da o, mənim yanımda olmayıb. Şəklə gəlincə, min şəkil düzəldə bilər. 2-3 dəfə Şəmsiyyə atdığı adamların pulu ilə bağlı məni Türkiyəyə aparıb. 1-2 dəfə özü olub, 1-2 dəfə də özü olmayıb. Mənə deyib ki, bu pullar Azərbaycanda filan dövlət adamlarının əlindədir, vermirlər, amma mənim özümün pulum var, İsveçrədə bankdadır, Bakıya gətirsəm, yenə də verməyə qoymazlar. Mənə deyib ki, Türkiyəyə gəl, pulları Türkiyə vasitəsi ilə sənə verim. Bu da yalan olub. Amma süni mayalanma olan zaman Türkiyədə olmamışam. Alman Xəstəxanası hansı əsasda mənim xəbərim olmadan süni mayalanma həyata keçirib? Söhbət bundan gedir. Həm də necə olur ki, o qadın 4 dəfə uşağa qalır, uşaq qalmır, beşinci dəfə uşaq dünyaya gətirir! Mən ona görə heç bu uşağı da onun dünyaya gətirdiyinə inanmıram. Həm də əgər bilsəydim ki, belə bir şey var, mən ekspertizaya gedərdim? Ya yaxşı adam olaraq ekspertizaya getməzdim. Deyərdim ki, uşağın atasıyam, ya da uşağın atası da olsam, pis adam olaraq ekspertizaya getməzdim. Mənim ekspertizaya getməyimin səbəbi bu insanın dəfələrlə saxta sənəd verməsidir. Mən heç o qadını hamilə olanda görməmişəm. Mən heç uşaq görməmişəm.
- O halda niyə İstanbuldakı Alman Xəstəxanasını məhkəməyə vermirsiniz ki, sizin icazəniz olmadan spermanızı o qadına köçürüb?
- Alman Xəstəxanasını məhkəməyə verəcəm. Bunu Bakı Şəhər Apelyasiya Məhkəməsində də dedim. Mən bu işi görməliyəm, görəcəm də. Amma hələlik proses Azərbaycanda gedir. Mən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovla görüşdüm. Qayda budur ki, bir vətəndaş Alman Xəstəxanasına sənəd verirsə, xəstəxana o sənədi Azərbaycanın İstanbuldakı baş konsulluğuna göndərməli idi. Xəstəxana bu sənədləri konsulluğun təsdiqləməsini istəməli idi. Konsulluq da Azərbaycana sorğu göndərib, belə kəbin olduğunu öyrənəcəkdi və xəstəxanaya yox cavabı veriləcəkdi. Alman Xəstəxanası bunu etməyib. Nəsimi Rayon Məhkəməsi və Bakı Şəhər Apelyasiya Məhkəməsi də əslində Alman Xəstəxanasına sorğu göndərməli idi. Mən dedim ki, sənədləri yerlərindən toplayın. Ancaq Şəmsiyyə Bəylərqızının təqdim etdiyi sənədlər əsasında qərar verdilər. Şəmsiyyə Bəylərqızı 20-ə yaxın sənədi saxtalaşdırıb, bir saxtakarlığı da budur.
Mən ilk fürsətdə Alman Xəstəxanasını Türkiyədə məhkəməyə verəcəm. Sadəcə, bu addımı atmaqda bir az gecikməyimin bir səbəbi də maliyyə məsələsi ilə bağlıdır. Şəmsiyyə Bəylərqızı 500 min dollara qədər başqa adamların pulunu mənimsəyib və buna görə mənim də əlimdə olan pullar getdi. Mən dövlət işçisi idim, əlimdə nə vardı? Məndə 200 min dollar olardı, o pullar da o qadının ucbatından getdi. İndi özüm maliyyə problemi ilə üzləşmişəm. Türkiyəyə getmək də pul tələb edir, vəkil tutmalısan. Şəmsiyyə Bəylərqızının cinayət əməlləri üzə çıxsa, o pullardan bir az qaytarsa, bir az camaata, bir az da mənə versə, Türkiyədə o işi mütləq edəcəm. Hələ ki, Bakı Şəhər Apelyasiya Məhkəməsinin qərarı bizə verilsin. Vəkillərimlə məsləhətləşim ki, Azərbaycan qanunvericiliyinə görə Azərbaycanda nə edək.
Onu da qeyd edim ki, Tehran Məhkəməsi İstanbuldakı Alman Xəstəxanasına sorğu göndərib və xəstəxana mənimlə bağlı müsbət qərar verib. Ancaq Alman Xəstəxanasının o süni mayalanmanı həyata keçirərkən əsaslandığı saxta sənədlər Azərbaycanla bağlı olub. Ona görə də İran məhkəməsi o sənədləri araşdıra bilməz. Azərbaycan məhkəməsinin sorğusu əsasında İstanbuldakı Azərbaycan konsulluğu, Azərbaycanın dövlət orqanları o sənədləri araşdıraraq saxtakarlığını üzə çıxara bilərlər.
Məs özüm Alman Xəstəxanasına gedib, soruşmuşam. Deyiblər ki, filan sənədlər əsasında mən də demişəm ki, axı bunlar fotosurətdir, saxtadır?! Axı mən özüm orada olub, razılıq verməmişəm.
- Siz spermanızı xəstəxanada niyə saxlatdırırdınız, məqsəd nə idi?
- Mən müxtəlif məsələlərlə bağlı cərrahi əməliyyat keçirmişəm. Bu əməliyyatlardan sonra o məsələ ilə bağlı problem yaranıb. Sonra özüm üçün getmişəm ki, görüm nə var, nə yox, uşağım olarmı, olmazmı. Deyiblər ki, belə bir şey var, sadəcə, uşaq süni mayalanma ilə olar. Deyiblər ki, istəyirsən, spermanı saxlayaq, mən də razılaşmışam. Spermanı saxlatdırmışam. İmzam olmadığı halda o qadın niyə fotosurətlərlə, saxta sənədlərlə o işi görüb?!
- İndi nə dərəcə əminsiniz ki, süni yolla, saxtakarlıqla da olsa, o uşaq sizin övladınızdır, yaxud övladınız deyil?
- Mənim məqsədim bu qadının cinayət işlərini sübuta yetirməkdir. Bu, hər şeydən önəmlidir.
- Bunu sübut edə bilsəniz, uşağı geri almaq barədə fikirləşirsiniz?
- Əgər üçüncü ölkədə analiz keçirilsə və uşağın atasının mən olduğum təsdiqlənsə, buna çalışacam. Mən Azərbaycandakı analizə inanmıram. Bir məqama da toxunmaq istəyirəm. Əgər ekspertizanın qərarı düz idisə, məhkəmədən 10 gün qabaq niyə Şəmsiyyə Bəylərqızı mətbuata açıqlama verib, ekspertizanın cavabını deyir? Axı ekspertizanın cavabı məhkəməyə göndərilməli idi, tərəflərdən birinə yox. Mən bunu məhkəmədə də dedim. Xaricdə analiz olarsa, mən inanaramsa, niyə istəməyim? Mən uşağın, Şəmisiyyə Bəylərqızının qan nümunəsini istəyirəm ki, özüm aparıb yoxladam, mənə vermirlər. Ola bilər ki, o uşaq heç bunun da deyil. Burada çox ehtimallar var. Bir daha sübut olsa ki, uşaq mənimdir, mən məhkəmədə də dedim ki, bu gün kimsənin problemi varsa, ona kömək edirəm. Mənim cibimdə 100 dollar olsa, 80 dollarını evimə xərcləsəm də, 20 dollarını ehtiyacı olana verirəm. Ad çəkmədən deyirəm, çünki “Quran”a görə kiməsə yaxşılıq edəndə demək olmaz. Xaricdə keçirilən analizdə uşağın mənim olduğu təsdiqini taparsa, mən əslində belə bir adamın uşağı böyütməsinin əleyhinə olaram. Çünki uşaq da gələcəkdə onun kimi bir şey olar. Təbii ki, mən uşağı ondan alaram. Ancaq əvvəlcə bu qadının cinayət əməlləri ifşa olunsun, ona yardım edənlər üzə çıxsın. Cinayət əməlləri sübut olunsa, o qadının uşaq saxlamağa heç bir səlahiyyəti yoxdur. O uşağı qəbul edib, maddi, mənəvi dəstək verərəm.
Ramiz Mikayıloğlu

2493