Axşam Bakıya sulu qar yağacaq
15 fevral 2011 08:00 (UTC +04:00)

Axşam Bakıya sulu qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, günün ikinci yarısında havanın tutulacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, fevralın 15-də hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.


Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Fevralın 15-də Abşeron yarımadasında soyuq hava şəraiti gözlənilsə də, meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Fevralın 16-da isə güclü xəzri küləyi və rütubətli hava şəraiti soyuq diskomfort hissini artırmaqla meteohəssas insanlar üçün əlverişsiz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar