Əcnəbilər Azərbaycan dilində danışacaqlar
14 fevral 2011 11:43 (UTC +04:00)

Əcnəbilər Azərbaycan dilində danışacaqlar

Məktəbin əsas məqsədi ölkəmizdə təhsil alan, yaşayan və işləyən əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini onlarla bölüşmək və Azərbaycanın milli dəyərlərinin təbliğinə kömək etməkdir.

Məktəbin əlaqələndiricisi İnqilab Fərzəliyevin verdiyi məlumata əsasən, yaşı 16-dan yuxarı olan və ana dilimizi öyrənmək istəyən hər bir ingilis dilli şəxs Məktəbdə qeydiyyatdan keçə bilər. Qeydiyyat fevral ayının sonuna qədər davam edəcək.

Azərbaycan dili Məktəbi pulsuz olaraq, hər bir qrup üçün 5 ay davam edəcək. Məktəbdə interaktiv metodlarla ana dilimiz tədris edilməklə yanaşı, əcnəbilərin Azərbaycanın mədəni irsi ilə daha yaxından tanış olması üçün əlavə tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən Məktəb Mərkəzin “Tanıyaq, Tanıdaq” proqramı çərçivəsində reallaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832

Oxşar yazılar