Bakı məktəbliləri imtahan verdi
Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin 9 və 11-ci sinif şagirdləri üçün sınaq (yoxlama) imtahanlarına start verib. İlk sınaq imtahanları fevralın 12-də Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin 11-ci və sinifləri üzrə keçirilib. Dünən isə 9-cu sinif şagirdləri sınaq imtahanına cəlb olunub.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, bu il orta məktəblər üzrə sınaq imtahanları nazir Misir Mərdanovun müvafiq əmrinə əsasən 12 fevral – 17 aprel aralığında keçiriləcək. Paytaxt məktəblərindən sonra növbəti imtahan fevralın 20-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində keçiriləcək.
Nazirlikdə bildirirlər ki, sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
Elxan SALAHOV

852