Nazir gənclərin suallarını cavablandırdı
Bu gün gənclər və idman naziri Azad Rəhimov Qubada Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə tələbələr üçün təşkil olunan “Qış Liderlik” məktəbi layihəsi çərçivəsində gənclərlə görüşüb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, görüşdə həmçinin Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və millət vəkili Ceyhun Osmanlı da iştirak edib.
Qonaqlar layihə iştirakçılarının suallarını cavablandırıb. Azad Rəhimov jurnalistlərə açıqlamasında bu kim tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edə ki, 120-dək tələbənin iştirak etdiyi “Qış Liderlik” məktəbi layihəsi fevral ayının 16-na kimi davam edəcək.
Vəli Turan

614