Genetik modifikasiya olunmuş ərzaq məhsulları ilə bağlı məqalələr toplusu çap olunub
12 fevral 2011 17:32 (UTC +04:00)

Genetik modifikasiya olunmuş ərzaq məhsulları ilə bağlı məqalələr toplusu çap olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfindən “Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi” adlı məqalələr toplusu çap olunub. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilmiş toplunun tərtibçisi AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva, məsləhətçiləri akademik Ziyad Səmədzadə və fizika-riyaziyyat elmləri doktoru R.İ.Xəlilovdur.

Azərbaycan və rus dillərində məqalələrin daxil edildiyi topluda milli genofondumuz, genetik modifikasiya olunmuş (GMO) orqanizmlərin və onların məhsullarının təhlükəliliyi, GMO orqanizmlərin biomüxtəlifliyə təsiri, GMO orqanizmlərin məhsulları, alınması, təyini metodları və Azərbaycana idxalının tənzimlənməsi, GMO məhsullarının mənşəyinin yoxlanılması, respublikamıza idxalının qarşısının alınması məsələləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011

Oxşar yazılar