Kəmaləddin Heydərov Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibini qəbul edib
12 fevral 2011 13:36 (UTC +04:00)

Kəmaləddin Heydərov Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibini qəbul edib

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazir respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə məlumat verib. Həmçinin, müasir tələblərə cavab verən yeni texnika və avadanlıqların alınmasına xüsusi diqqət yetirən nazirliyin Fransanın müvafiq şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğu qonağın diqqətinə çatdırıb.

T. Mariani də öz növbəsində, Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlı olduğunu, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar