Ombudsman Aparatı məsləhətləşmələrə başlayıb
12 fevral 2011 12:25 (UTC +04:00)

Ombudsman Aparatı məsləhətləşmələrə başlayıb

Bu barədə APA-ya Ombudsman Elmira Süleymanova məlumat verib.

E. Süleymanovanın sözlərinə görə, Ombudsmanı maraqlandıran əsas məsələ hamının marağını təmin edən strukturun yaradılmasıdır.

«Jurnalistlər kimi, hər bir vətəndaş məlumat almaq hüququna malikdir. Biz istəyirik elə bir qurum yaradılsın ki, işi səmərəli olsun. «İnformasiya əldə etmək haqqında» qanuna uyğun olaraq, hər kəsin dolğun informasiya almasına imkan yaradılsın», - deyə Ombudsman vurğulayıb.

E. Süleymanova rəhbərlik etdiyi qurumun müvafiq dövlət təşkilatlarının informasiya ilə işləyən strukturlarının əməkdaşları üçün onların hüquqlarına dair məsləhətlərin və tövsiyələrin veriləcəyini də bildirib.

Qeyd edək ki, 2005-ci ildə qəbul edilmiş «İnformasiya əldə etmək haqqında» qanunda İnformasiya Ombudsmanı institutunun yaradılması nəzərdə tutulsa da, 2010-cu il dekabrın 21-də Milli Məclis qanuna əlavə və dəyişikliklər edib. Əlavə və dəyişikliklərə əsasən, “İnformasiya əldə etmək haqqında” qanunun informasiya üzrə ayrıca Ombudsman yaratmaq barəsində müddəası qüvvədən düşüb. Həmin səlahiyyət İnsan hüquqları Ombudsmanına keçib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar