Dağlıq və dağətəyi rayonlara qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 11-dən 12-nə keçən gecə yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir.
Gündüz güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, fevralın 12-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər qərb, gündüz isə şərq rayonlarında yağıntılar tədricən kəsiləcək, gün ərzində əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə güclü cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

663